Modern.az

Azay Quliyev Avropa Parlamentinin qətnaməsini tənqid edib

Azay Quliyev Avropa Parlamentinin qətnaməsini tənqid edib

17 May 2011, 15:43

Milli Məclisin üzvü Azay Quliyev parlamentin bu günkü iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul elədiyi qətnaməni tənqid eidb. Modern.az Milli Məclisdən bildirir ki, deputat qətnamədə ölkəmizə qarşı yer almış fikirləri “əssasız” və “qərəzli” adlandırıb.
Deputat qeyd edib ki, bir ölkənin iştirakı olmadan onun haqqında qətnamə qəbul etmək Avropa Parlamentində rast gəlinməyən haldır.
“Qətnamədə ölkəmizə qarşı guya Milli Demokratiya İnstitutunun fəaliyyətinə mane olmaqda ittiham irəli sürülüb. Mən bununla bağlı araşdırma aparıdım. MDİ Azərbaycanda QHT-lər haqqında qanuna uyğun olmayan şəkildə fəaliyyət göstərib. Yalnız bir neçə gün əvvəl bu qurum Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək üçün ərizə ilə müraciət edib. Bunu siyasi təzyiq vasitəsinə çevirmək isə yersizdir”-deyə millət vəkili qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular