Modern.az

Yasamalda dava: yaralı var

Yasamalda dava: yaralı var

Aktual

27 İyul 2017, 10:35

Bakının Yasamal rayonunda küçədə dava nəticəsində 1 nəfər ağır xəsarət alıb.

Modern.az "Report"a istinadən bildirir ki, hadisə Yunis Dağlı küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Qasımov Ceyhun Zərbəli oğlu yaşadığı evin yaxınlığında küçədə iki nəfərlə əlbəyaxa dava edib. Nəticədə o, başından küt alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal