“Türkiyə ilə Ermənistan arasında protokollar heç bir şərt irəli sürülmədən imzalanmaldır”
“Ermənistanla Azərbaycan arasında olan münaqişə regional təhlükəsizlik və sabitlik üçün əsas təhlükədir. Mən bundan çox narahatam”. Modern.az-ın məlumatına görə, bu sözləri Avropa Parlamentinin sədri Eji Buzeka erməni internet resurslarına müsahibəsində deyib.
Onun sözlərinə görə, tərəflər tez bir müddət ərzində münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllini tapmalıdır. “Möhkəm sülhün əldə edilməsi üçün real səylər ortaya qoyulmalıdır. Tərəflər qızışdırcı mövelərdən və provokasiya hesab edilən hərəkətlərdən çəkinməldidr. Mən bütün tərəflərin maraqlarına xidmət edəcək qərarın qəbul edilməsinə çağırıram”- deyə Eji Buzeka bildirib.
Avropa Parlamentinin rəhbəri həmçinin Türkiyə Ermənistan münasibətlərinə də toxunub. “Erməni-türk barışığı regional sabitlik və təhlükəsizliyi üçün çox mühümdür. Biz iki ölkə arasında münasibətləri tənzimləyəcək protokolların təsdiqi prosesinin dayanmasından təəssüf hissi keçiririk. Protokollar hər iki tərəfdən heç bir şərt irəli sürülmədən imzalanmaldır”-deyə o vurğulayıb.
Buzeka bildirib ki, yenicə təsis edilmiş AVRONEST Qarabağ münaqişəsində olan tərəfləri arasında dialoqun başlanmasına kömək edə bilər.
“Avropa Parlamentinin qarşılıqlı qərarların qəbulu üçün əsas aləti dialoqdur. Biz hər iki ölkənin parlamentarilərilə birlikdə bu dialoqun başlanmasını istəyirik”-deyə Buzeka bildirib.
Modern.az