Milli Məclisinin deputatı Qənirə Paşayeva parlamentin bugünkü iclasında deyib ki, onun hazırladığı “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər. Deputat çıxışı zamanı mayın 31-dək spzügedən qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarılmasını təklif edib.
Modern.az-ın məlumatına görə, Q.Paşayeva bildidb ki, əksər ölkələrdə ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun qüvvəyə mindiyindən Azərbaycan da anoloji addım atmalıdır.
Deputat sənədi hazırlayarkən qonşu Türkiyə və digər dünya ölkələrinin təcrübəsini öyrənib. Qanun layihəsinə görə, əyləncə mərkəzləri, kafe, restoran, meydança, dəhlizlər, nəqliyyat vasitələri və digər ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmalıdır. Dörd nəfərdən artıq şəxsin toplaşdığı ictimai yerlərdə siqaret çəkilməsinə icazə verilməməlidir.
Modern.az