Modern.az

Eldar və Nigar: ""Eurovison-2012”də də Azərbaycanı təmsil etmək istərdik"

Eldar və Nigar: ""Eurovison-2012”də də Azərbaycanı təmsil etmək istərdik"

17 May 2011, 16:46


“Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edən Eldar və Nigarın iştirakı ilə mətbuat konfransı keçirilib.

Modern.az-ın məlumatına görə, ikin olaraq musiqi təhsilinin davam etdirməklə bağlı jurnalistlərinin suallarına cavab verən Nigar Camal bildirib ki, musiqi təhsilini davam etdirmək istəyir.

Eldar Qasımov isə muğam təhsili almaq istədiyini söyləyib və bunu belə açıqlayıb. “Muğam təhsili almaq istəyirəm. Çünki gələn ilki “Eurovision” müsabiqəsində Azərbaycan sırf milli mədəniyyəti, milli musiqisi ilə özünü təbliğ etməlidir. Yəni burada muğama, milli elementlərə də diqqət yetirilməlidir”.

Konfransda Eldar Qasımov eyni zamanda qalibiyyət zamanı göstərdiyi əl işarəsinə də münasibət bildirib və deyib ki, bu işarə “mən sizi sevirəm” deməkdir.

“Həmin işarənin müxtəlif cür yozulmasına lüzum görmürəm” deyən E.Qasımov hələ anası ilə görüşmədiyini də vurğulayıb.
“O qədər tədbir var ki, hələ ki, anamla görüşməyə imkan tapmamışam”.

Jurnalistlər “Eurovison-2012”də Azərbaycanı təmsil etmək istədiklərini soruşduqda isə onlar bildiriblər ki, bu mümkün ola bilər.
“Əgər bizi təkrar seçsələr, yaxşı mahnı ilə “Eurovision”u Azərbaycana yenidən gətirmək istərdik”.


Sədaqət SÜLEYMANOVA

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular