Pakistanın baş naziri Nəvaz ,ərif vəzifəsindən uzaqlaşdırılıb. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin Ali Məhkəməsi verib. Nəvaz Şərif korrupsiyada ittiham olunur.
Məhkəmə, həmçinin Nəvazi Şərifə qarşı cinayət işi başlanmasına dair qərar çıxarıb.
Onun ailə üzvlərinin adına qeydiyyatdan keçirilən offşor şirkətləri vasitəsilə külli miqdarda pulların mənimsənildiyi iddia olunur.
N.Şərif hələ ki bu ittihamları rədd edib...