Modern.az

Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi

Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi

Aktual

28 İyul 2017, 17:46

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Moderator.az informasiya agentliyinin internet saytında qərəzli və dəqiqləşdirilməmiş informasiyalar dərc edilib.

 

Bu haqda Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə sensasiya naminə yalan, qərəzli və dəqiqləşdirilməmiş digər məlumatların heç bir lüzum olmadan yayılmaması tövsiyə edilməsinə baxmayaraq, Moderator.az informasiya agentliyi bundan heç bir nəticə çıxarmamışdır.

 

Qeyd edilənlərlə əlaqədar agentliyin baş redaktoru Zülfüqar Hüseynzadə və redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası haqqında” qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətlərinə çatdırılıb.

 

Gələcəkdə bu xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu