Milli Məclisin bugünkü iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik müzakirə olunarkən deputat Fuad Muradov bir qrup gəncin Prezident tərəfindən qəbul edildiyini xatırladıb və bunun ümumi gənclərin həyatında böyük rol oynadığını deyib: “Prezidentimizin gənclərə böyük qayğısı var. Bu, Azərbaycanın gələcəyinə qayğıdır. Hesab edirəm ki, gənclərimiz də bunun qarşılığını verəcək”.
Deputat deyib ki, bu gün gənclərin karyera məsələsi barədə də düşünmək lazımdır:
“Bu istiqamətdə də ciddi addımlar atılmalıdır. Biz burada dovlət qulluğunda çalışanlarla bağlı yuxarı yaş həddi məsələsini müzakirə edirik. Bu sahədə kənd məktəblərində müəllimlərlə bağlı problemlər var. Təbii ki, həmin məktəblərə gənc mütəxəssislər gedirlər. Bu mənada həmin gənclərin gələcəyi bizi düşündürməlidir. İlk növbədə müəllimlərə dövlət qulluqçusu statusu şamil olunmalıdır. Həkimlərə də eyni status tətbiq edilməlidir. Bu, gənclərimizə xüsusi stimul olardı”.
Qeyd edk ki, Milli Məclis Əmək Məcəlləsinə və “Dövlət Qulluğu haqqında “qanuna təklif edilən əlavə və dəyişiklikəri qəbul edib. Nəticədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlarən yuxarı yaş həddi 65 yaş müəyyənləşdirilib.
Modern.az