Modern.az

Sumqayıtda ana və övladını xilas edən polislər zəhərlənib - FOTOLAR  

Sumqayıtda ana və övladını xilas edən polislər zəhərlənib - FOTOLAR   

Aktual

28 İyul 2017, 18:25

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Post Patrul Xidməti Taborunun (PPXT) əməkdaşları -  polis serjantları Əfsər Baxşəliyevin və Bəxtiyar Əliyevin xidməti vəzifələrini vicdanla, məsuliyyətlə yerinə yetirmələri, eləcə də şəxsi fədakarlıqları nəticəsində 2 nəfərin həyatı xilas edilib.

      
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadrat metr olan mənzildə yanğın hadisəsi baş verib.

      
Hadisə yerində ictimai asayişi təmin etmək üçün göndərilən Sumqayış ŞPİ-nin PPXT-nun əməkdaşları əraziyə çatan zaman yanğın baş verən mənzildə ana və azyaşlı övladının köməksiz vəziyyətdə qaldığı barədə məlumat alıblar.

     
Polislər həyətlarını təhlükə altına ataraq alovların arasında huşlarını itirmiş, köməksiz vəziyyətdə qalan evin sahibi – Sünbül Əliyevanı və onun azyaşlı övladı Aylini xilas ediblər.

      
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdirilib.

      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu