Modern.az

Banklar aşağı faizlə kredit verə bilər - VİDEO

Banklar aşağı faizlə kredit verə bilər - VİDEO

Aktual

28 İyul 2017, 23:11

Ölkəmizdə də bir sıra banklar xarici maliyyə qurumlarından kredit götürərək həmin vəsaiti dövriyəyə buraxırlar. Bu zaman libor standartı tətbiq edilir. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Libor faiz dərəcəsi ildən-ilə dəyişir və əksər hallarda 2-4 faiz arasında də dövr edir. Xarici mətbuatın yazdığına görə son dövrlər "Libor" korrupsiya alətinə çevrilib. "Libor" faiz dərəcələrində manipulyasiya etdikləri üçün bir sıra xarici banklara qarşı 9 milyard dollar cəza tətbiq edilib. Ona görə də liborun yığışdırılması planlaşdırılır.

 

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, liborun ləğvi yerli bankların kredit siyasətini yüngülləşdirməyə sövq edəcək

 

Ekspert hesab edir ki, liborun ləğvi ilə yerli bankların xaricdən vəsait cəlb etmək meylləri artacaq.

 

Modern.az



Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu