Modern.az

Ələt-Astara yolunda daha bir məşhur restoran yandı - VİDEO

Ələt-Astara yolunda daha bir məşhur restoran yandı - VİDEO

Aktual

28 İyul 2017, 23:55

Ələt-Astara yolunda restoran yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  hadisə Salyan rayonu, Ələt-Astara magistral avtomobil yolunun 51-ci kilometrliyində yerləşib. Vətəndaşa məxsus restoranın ərazisində ümumi sahəsi 180 kvadrat  olan taxta konstruksiyalardan ibarət talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Virtualaz.org-un məlumatına görə, “Gülüstan” restoranının həyətindəki çardağ-salon büsbütün yanıb.

”Gülüstan” restoranı Bakı-Astara yolunda sərnişinlərin xidmətindən istifadə etdiyi ən məşhur məkanlardan biri idi. Maraqlısı isə odur ki, iyulun 21-də gecə saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 36-cı km-dəki “Ulduz” restoranı da büsbütün yanmışdı.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi