Bakıda zəncirvari yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Ziya Bünyadov prospektində “Shacman” markalı yük maşını digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
Hazırda Ziya Bünyadov prospektinin əsas yolunda hərəkət dayandırılıb. Hərəkətin nizamlanması istiqamətində tədbirlər görülür.
Qəzanın səbəbləri araşdırılır.
Modern.az