Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 19 il ötür. 1992-ci il mayın 18-də ermənilər Laçın rayonunu ələ keçirməklə Dağlıq Qarabağı “de-fakto” Ermənistana birləşdirdilər. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın 19 ildir düşmən tapdağı altındadır, 60 mindən çox laçınlı isə didərginlik yaşayır.
Laçın rayon İcra Hakimiyyətinin məlumatına görə, işğal nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb.
Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|