Modern.az

Antalyada 5 ulduzlu oteldə yanğın – 14 nəfər xəstəxanaya yerləşdirildi

Antalyada 5 ulduzlu oteldə yanğın – 14 nəfər xəstəxanaya yerləşdirildi

29 İyul 2017, 14:07

Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu oteldə yanğın olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

Yanğında 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi