Modern.az

Rusiya müdafiə naziri Azərbaycan mətbəxindən danışdı

Rusiya müdafiə naziri Azərbaycan mətbəxindən danışdı

29 İyul 2017, 20:46

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu 3-cü Beynəlxalq Hərb Oyunları çərçivəsində Azərbaycan mili mətbəxinin təamlarını dadıb. Modern.az APA-ya istinadən xəbər verir ki, S.Şoyqu “Səhra mətbəxi“ yarışından öncə Rusiya, Azərbaycan, Belarus Serbiya, Monqolustan və İsrail aşpazlarının hazırladığı xörəklərin dadına baxıb.

“Rusiya, Azərbaycan, Belarus, Serbiya, Monqolustan və İsrailin hərbi aşpazları yarışların iştirakçıları və qonaqlar üçün milli mətbəxlərinə aid 150-dən çox xörək hazırlayıb. Xüsusilə, nazir azərbaycanlıların ət xörəkləri və şirniyyatlarının dadına baxıb, rusiyalı aşpazların balıq və un məmulatlarından hazırlanan təamlarından yeyib, monqol aşpazların isə çayını içib”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Səhra mətbəxi” yarış avqustun 1-də başlayacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal