Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında daha 4 dəst medal sahibini tapıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan idmançıları bu dəfə də mükafat qazana bilməyib. Buna səbəb atıcılıarımızın bu növlərdə iştirak etməməsi olub.
300 metr məsafədən hədəfi nişan alan qadınların yarışında isveçli Elin Ahlin çempion adına yiyələnib – 594 xal. O, avstriyalı Oliviya Hoffmanı 3, həmyerlisi Anna Normanı 5 xal geridə qoyub.
Bu növdə komanda hesabında da İsveç 1-ci olub. Skandinaviyalı “üçlük” 1771 xal yığıb. Almaniya (1754) 2-ci, Estoniya (1751) 3-cü olub.
Oğlanlar 25 m məsafədən tapança ilə atəş açıblar. Fərdi yarışlarda 583 xal toplayan Ernests Erbs (Latviya) qalib gəlib. O, fransalı Eduard Dortombu 8, rusiyalı Danil Şixovu 9 xal arxada qoyub.
Komanda yarışında Rusiya 1715, Ukrayna 1713, Fransa 1708 xal toplayıb.
Modern.az