Millət vəkil Jalə Əliyevanın “Dünyanın tanıdığı Fizuli” kitabı çapdan çıxıb. Modern.az saytı xəbər verir ki, kitabın monoqrafiyasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Fizuli irsinin dünya füzulişunaslığında öyrənilməsi problemləri araşdırılıb. Nəşrdə əsas diqqət Azərbaycan və Türkiyə füzulişunaslığına verilməklə, bu kontekstdə başqa ölkələrdə aparılan bir sıra mühüm tədqiqatlar da nəzərdən keçirilib.
Kitabda füzulişunaslıq və elmi füzulişünaslıq terminlərinin əhatə dairəsi müəyyənləşdirilərək, sonuncunun meydana çıxma şərtləri təqdim edilib.
Modern.az