Modern.az

Gənclər Şəmkirdə kampaniya keçirdilər (FOTOLAR)

Gənclər Şəmkirdə kampaniya keçirdilər (FOTOLAR)

18 May 2011, 12:00

Gənclər Təşkilatları Milli Şurasının “Vətəni tanı” Ümumrespublika Kampaniyası Azərbaycanın inzibati ərazi vahidlərində seçim turlarını davam etdirir.

Şəmkir şəhər Nizami Gəncəvi adına orta məktəbdə baş tutan Şəmkir seçim turunun açılış mərasimində Milli Şuranın İdarə Heyətinin üzvü Heydər Atayev, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Təhsil şöbəsinin metodist koordinatoru Elşən Qasımov, məktəbin direktoru Alidə Hüseynova iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, “VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası ölkəmizin tanıdılması, gənclərimiz arasında vətənpərvərlik, təhsil səviyyəsinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.






Orxanəli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular