Bu gün BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quttiyeresin Azərbaycana səfəri başlayıb. Modern.az saytı xəbər verir ki, ali komissar əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, ardınca isə Şəhidlər xiyabanını ziyarət edib.
Ali komisar Antonio Quttiyersin jurnalistlərə açıqlamasında bildirib ki, bu səfər BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı ilə Azərbaycan höküməti arasında aparılan mövcüd əməkdaşlığın daha da gücləndirilməsindən irəli gəlib.
Ali komissar məqsədinin Azərbaycanda qaçqın və məcburi köçkünlərin mövcud həyat şəraiti ilə yaxından tanışlıq, Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) arasında əməkdaşlıq çərçivəsində QAK-ın nə edə biləcəyini müəyyən etmək olduğunu deyib.
“5 il öncə mənə də belə bir imkan nəsib oldu ki, Azərbaycana səfər edim. Həmin vaxtdın sonra Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş vətəndaşların həyat şəraitlərinin yaxşılaşdırılması üçün hökümət böyük sərmayələr qoyur. Mən inanıram və əminəm ki, həmin insanların hazırda yaşayış şəraitlərinin daha da yaxşılaşdırılıb”.
Antonio Quttiyers deyib ki, 2011-ci ildə BMT-nin qaçqınlar və məcburi köçkünlər üzrə Konvensiyasının 60 illiyi qeyd edirilir və bununla bağlı Cenevrədə nazirlər səviyyəsində konfransın keçirilməsi də nəzərdə tutulub.
“Biz həmin konfransa Azərbaycanın rəsmi nümayəndələrini də dəvət edəcəyik. Hesab edirik ki, Azərbaycan həmin konfransda öz xüsusi sözünü deməlidi”.
BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin indiyə kimi yerinə yetirilməməsinin səbəbini ali komisar belə izah edib. O bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı sırf hümanitar məqsədli fəaliyyət aparan təşkilatdı.
“Amma biz bilirik ki, problem sırf hümanitar problem deyil, həmçinin siyasi bir problemdi. Sadəcə, mən öz tərəfimdən yardımçı olmaq istəyərdim və yardım etmək istəyərdim ki, bu məsələnin siyasi nizamlanması tapılsın, məcbüri köçkünlər və qaçqınlar öz yürd-yuvalarına qayıda bilsin. Mən çox sevindim ki, Astanada ATƏT-in zirvə görüşü keçirildi və həmin zirvə görüşü zamanı hər iki Prezidentin bəyanatı oldu, o cümlədən Minsk qrupun həmsədrləri tərəfindən bəyanat oldu. Ona görə mən hesab edirəm ki, bu irəliyə doğru atılmış bir addımdı. Ümidvar olduğumu bildirmək istəyirəm ki, məsələ öz siyasi həllini tapacaq. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda məcbüri köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli iş aparılıb. Onların ləyaqətlə müvafiq şəkildə həyat sürmələri üçün bir çox tədbirlər görülüb. Bu da özlüyündə onların çiyinlərinə düşən ağırlığın azalmasına imkan yaradacaq”.
Mail Ağaxanov