Modern.az

Çunayevdən karyerası ilə bağlı gözlənilməz qərar

Çunayevdən karyerası ilə bağlı gözlənilməz qərar

30 İyul 2017, 13:56

Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev gələcək karyerası ilə bağlı qərar verib.

 

Modern.az-ın Azerbaycan24-ə istinadən məlumatına görə, “Rio-2016” nın bürünc mükafatçısı “Neftçi İdman Klubu”ndan ayrılıb. Buna isə Çunayevin qazandığı uğurlara görə vəd edilən mükafatların klub tərəfindən verilməməsi olub. Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İK-dən güləşçiyə “bugün-sabah” deyilsə də, vədə əməl edən olmayıb.

Aldadıldığını görən Çunayev “Neftçi” İK-dən ayrılmağa qərar verib. Məlumatı əməkdaşımızla söhbətində Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısı özü də təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal