“Kiminsə hansısa partiyadan istefa verməsinin “Azadlıq” qəzetinə heç bir dəxli yoxdur”. Bu sözləri “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid satirik şair Mirzə Sakitin (Sakit Zahidovun) AXCP-dən istefa verməsi barədə bəyanatını Modern.az-a şərh edərkən bildirib. Qeyd edək ki, “Azadlıq” qəzetinin keşçiş əməkdaşı Mirzə Sakit bu gün APA-ya verdiyi açıqlamada AXCP sırlarını tərk etdiyini bəyan edib. Səbəb olaraq “Azadlıq” qəzetindəki iş yerinə qayıtmasına imkan verilməməsi və partiyada avtoritar idarəetmə prinsiplərinə etiraz etdiyini deyib.
Qənimət Zahid isə öz növbəsində AXCP-nin avtoritar idarə olunması barədə ittihama şərh vermək istəməyib. O qeyd edib ki, bu barədə məsələyə münasibət bildirmək istəmir.
Baş redaktor Mirzə Sakitin qərarına kinayəsini də gizlətməyib. “Kimsə kosmonavt ola bilmirsə, deyir ki, “Azadlıq”da yazılarım çıxmır”-deyə Q.Zahid istehza ilə qeyd edib.
Mirzə Sakit (Sakit Zahidov) Qənimət Zahidovun qardaşıdır. O, “Azadlıq” qəzetində ayrı-ayrı məmurlar barədə kəskin həcv formasında yazdığı şerlərlə məşhurlaşıb.
Anar Rüstəmov