Modern.az

Samuxda qəza: sürücü öldü

Samuxda qəza: sürücü öldü

Aktual

30 İyul 2017, 22:08

Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər veir ki, hadisə Samux şəhərindən Kür çayına gedən yolda qeydə alınıb.

“VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və maşın aşıb.

Nəticədə sürücü, Samux rayonu Nəbiağalı qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rüstəmov Zaur Rüstəm oğlu hadisə yerində ölüb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama