ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından sonra rəsmi Moskva da oxşar addım atır. Modern.az-ın Rusiya mediasına istinadən məlumatına görə, prezident Vladimir Putin bəyan edib ki, ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq.
Prezident qeyd edib ki, bununla Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.
Modern.az