Modern.az

Rəbiyyət Aslanova: “Azərbaycanda milli azlıqlar, etnik qruplarla bağlı problem yoxdur...”

Rəbiyyət Aslanova: “Azərbaycanda milli azlıqlar, etnik qruplarla bağlı problem yoxdur...”

18 May 2011, 12:27

Mayın 20-də İtaliyanın Boltzano şəhərində “Milli azlıqların qorunması: Boltzano tövsiyələri və ATƏT-in siyasəti” mövzusunda seminar keçiriləcək. Seminarda ATƏT Parlament Assambleyasının üzvü olan ölkələrin nümayəndə heyətlərinin üzvləri təmsil olunacaqlar. Bu tədbirdə Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova iştirak edəcək.
Bu barədə hakim partiyanın saytına məlumat verən R.Aslanova bildirib ki, seminar iki sessiyadan və yekun mərasimdən ibarət olacaq. Birinci sessiyada Boltzano tövsiyələrinin prinsipləri və onların həyata keçirilməsi, milli azlıqların qorunması və dövlətlərin suverenliyi, milli azlıqların qorunmasında ATƏT PA-nın rolu və sairə üzrə çıxışlar olacaq. 
Onun sözlərinə görə, milli azlıqlarla bağlı Avropa Şurasının çərçivə Konvensiyası var və onu bir sıra ölkələr imzalayıb, bir qismi isə imzalamayıb. R.Aslanova qeyd edib ki, həddindən artıq milli azlıqların, etnik qrupların toplaşdığı, cəmləşdiyi Avropada bu məsələyə yenidən baxılması ehtiyacı var. 
“Çox böyük fəxr və qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycanda milli azlıqlar, etnik qruplarla bağlı heç bir problem yoxdur və ola da bilməz. Ümumiyyətlə, Azərbaycanda milli və dini zəmində tolerantlıq hökm sürür. Bu məsələdə biz dünyanın hətta ən qabaqcıl, aparıcı dövlətlərinə belə nümunə ola bilərik. Ölkəmizdəki vəziyyətlə bağlı bu məlumatları seminar iştirakçılarının diqqətinə çatdıracam» deyə nümayəndə heyətinin üzvü vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular