Modern.az

Dünya İnsan Alverinə Qarşı Mübarizə günü Bakıda qeyd edilib  - FOTO

Dünya İnsan Alverinə Qarşı Mübarizə günü Bakıda qeyd edilib  - FOTO

Aktual

31 İyul 2017, 00:59

Dünya İnsan Alverinə Qarşı Mübarizə günü respublikamızda da qeyd edilib. Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, ABŞ-ın Beynəlxaq İnkişaf Agentliyi (USAID), ABŞ Dövlət Deportamentinin Narkotiklər  və Huquq Mühafizəyə dair Beynəlxalq məsəslələr üzrə Bürosu (INL), Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq  ictimaiyyət və vətəndaş cəmiyyəti  bu günü birgə qeyd ediblər.

İnsan alveri, bu məhfumun təhlükəsi və fəsadları haqqında məlumatlılığın artırılması məqsədi ilə “İçərişəhər” Dövlət  Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birgə   Dünya İnsan Alverinə Qarşı mübarizə günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, BMT-nin Rezident Əlaqələndiricisi  Qulam İshaqzi , ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID ) Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsini müvəqqəti  icra  edən Randall Olson, BMqT Azərbaycan Nümayəndəliyinin rəhbəri Serhan Aktopark iştirak edib. Tədbirdə insan alverini törədən amillər haqqında və onunla mübarizə yolları barədə müzakirələr aparılıb.

Çıxış edən Beynəlxalq Təşkilatların ölkəmizdə olan təmsilçıləri Azərbacan dövlətinin İnsan Alverinə  Qarşı  Mübarizə sahəsində apardığı tədbirləri yüksək qiymətləndirib və bu mübarizə mexanizmlərin bir çox ölkələr üçün nümunə ola biləcəyini bəyan ediblər.

Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov İdarərinin gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı  Mübarizə Baş İdarəsi  ilə  Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən  belə bir tədbir Gəncə şəhərində də təşkil olunub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu