Modern.az

Hacıqabulda QANLI OLAY - 5 ölü, 1 yaralı

Hacıqabulda QANLI OLAY - 5 ölü, 1 yaralı

Aktual

31 İyul 2017, 08:57

Hacıqabulda yaşayış evinə silahlı basqın edib.

 

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır. 
 

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

 

Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu