Modern.az

Ağaclara qənim kəsilən daha bir şəxs cərimələndi  

Ağaclara qənim kəsilən daha bir şəxs cərimələndi   

Aktual

31 İyul 2017, 11:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Zaqatala rayonunun  Muxax  kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub.  Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu