Modern.az

Hacıqabuldakı dəhşətdən ilk FOTOLAR

Hacıqabuldakı dəhşətdən ilk FOTOLAR

Aktual

31 İyul 2017, 13:14

Hacıqabul rayonunda 6 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi yerdən fotolar əldə edilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fotolar sosial şəbəkələrdə yayılıb. Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb. Ölənlərdən 4-ü bir ailənin 4 üzvüdür. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. 

İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.
 
Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu