Modern.az

Çeçen liderindən şok açıqlama: “Qafqazdakı bütün müsəlman qardaşlarla birləşməliyik”

Çeçen liderindən şok açıqlama: “Qafqazdakı bütün müsəlman qardaşlarla birləşməliyik”

Təhsil

18 May 2011, 13:37

Doku Umarov: “Qafqazda çəkilmiş bütün bu süni sərhədlər və inzibati vahidlər bizim üçün heç bir əhəmiyyət daşımır

“Biz təkcə Qafqazdakı deyil, bütün müsəlman qardaşlarımızla birləşməliyik. Biz Həştərxanı, İdel-Ural, Sibir kimi köklü müsəlman torpaqlarını fəth etməliyik”.
Bu sözləri “Qafqazsentr”-ə müsahibəsində çeçen mücahidlərinin lideri, özünü “İmarat Kafqaz”ın lideri elan etmiş Doku Umarov  bildirib. Modern.az çeçen mücahidlərinin saytına istinadla bildirir ki, D.Umarov kafirlərə qarşı “cihad”ın davam etdiyini bəyan edib.

“Qafqazda çəkilmiş bütün bu süni sərhədlər və inzibati vahidlər bizim üçün heç bir əhəmiyyət daşımır. Biz vaxtilə ayrılaraq müstəqil Çeçenistan yaratmaq və onu Qafqazın “Küveyti”nə çevirmək arzusundydıq. O dövlər artıq keçdi. Biz indi bilirik iki, ayrılmaq yox, əksinə müsəlman qardaşlarımızla birləşməliyik”-deyə Doku Umarov bəyan edib.
Çeçen lideri bildirib ki, “itkilərə baxmayaraq Qafqazda cihad güclənir”.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular