Modern.az

Emin Ağalarov 28 may Respublika Günü ilə bağlı konsert verəcək

Emin Ağalarov 28 may Respublika Günü ilə bağlı konsert verəcək

Təhsil

18 May 2011, 16:37

Moskvada “Baku” konsert kompleksində muğənninin ifasında yeni mahnılar səslənəcək

Rusiyanın məşhur “Krokus”şirkətinin sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov  28 may “Respublika Günü” münasibəti ilə Moskvada “Baku” Konsert kompleksində böyük konsert proqramı ilə çıxış edəcək. Bu barədə Modern.az-a Emin Ağalarovun rəsmi fan-saytından məlumat verilib. Konsert Azərbyacan Demokratik Respublikasının yaranmasının 93 yaşının tamam olması ilə bağlı keçiriləcək. Şənbə günü keçiriləcək bu konsert tamaşaçılara öz yeni mahnılarını təqdim edəcək.

E. Ağalarov həmçinin iyun ayının 5-də Sankt-Peterburqdakı “Avrora” konsert zalında böyük konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı qismində elə muğənnninin özü olacaq.

“Şimal paytaxtının sakinləri Emin Ağalarovun məşhur “Wonder” mahnısının yay versiyasının təqdimatına dəvət olunurlar. Bu proqramda həmçinin Eminin yeni mahnı və klipləri dinləyicilərə təqim olunacaq”-deyə açıqlamada bildirilir.

Qeyd edək ki, iş adamı Emin Ağalarov son illər ciddi şəkildə musiqi ilə məşğul olur. Onun artıq bir neçə mahnısı Avropanın radio çartlarında hitə çevrilə bilib. Bakıda da Emin bir neçə dəfə konsert proqramı ilə çıxış edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular