Modern.az

2 nəfər dənizdə batdı

2 nəfər dənizdə batdı

Aktual

31 İyul 2017, 17:57

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

 

Modern.az-ın məlumatına görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və kimliyi məlum olmayan 1 kişinin cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa Səbail rayonunda 1 nəfərin dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1800 m aralı, nəzarətsiz ərazidə) batması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

 

1967-ci il təvəllüdlü Mübariz Əliyev Cavad oğlunun cəsədi batdığı yerdən 700 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu