Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıya bu gün istefa verməyəcəyi təqdirdə daha 6 yüksək vəzifəli partiya funksionerinin porno-kasetlərinin açıqlanacağı barədə ultimatum verilib. Modern.az türk KİV-lərinə istindən bildirir ki, bu xəbərdarlıq bundan öncə 4 MHP yetkilisinin seks kasetini yayan sayt tərəfindən edilib.
Sayt bəyan edib ki, əgər Dövlət Baxçalı MHP-dən istefa verməsə, onun 6 ən yaxın adamı barədə kasetlər ortaya qoyulacaq.
Sayt həmin adamların adlarını da çəkib. Bunlar genel başqan yardımçısı Mehmet Ekici, Osman Çakır, MHP genel sekretarı Mustafa Cihan Paçacı, Divan üzvü Mehmet Taytak, genel başqan yardımçısı Ümit Şafak, Ahmet Deniz Bölükbaşıdır.
Saytın yaydığı məlumatda deyilir ki, adları çəkilənlər MHP-dən və deputatlığa namizədliklrədən istefa versələr, onların görüntüləri yayımlanmayacaq. Əks təqdirdə, bu çəkiliş ictimaiyyətə açıqlanacaq”.