Deputat Çingiz Qənizadə prezident İlham Əliyevə təşəkkür edib.
Buna səbəb isə ölkə başçısının Çingiz Qənizadəni “Şöhrət” ordeni ilə təltif etməsidir.
Deputat Modern.az saytına açıqlamasında bildirib:
“Bu gün mən möhtərəm prezident tərəfindən ictimai-siyasi fəaliyyətimlə əlaqədar olaraq “Şöhrət” ordeni ilə təltif olundum. Bu, mənim üçün bir sürpriz oldu. Uzun müddətdir ictimai-siyasi həyatda gördüyüm işlərə ən yüksək qiyməti verdiyinə görə, cənab prezidentə öz və ailəm adından təşəkkür edirəm.
Möhtərəm prezidenti əmin etmək istəyirəm ki, bundan sonrakı bütün fəaliyyətim Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə xidmət edəcək. Bu, vətənimə, xalqıma xidmət edən fəaliyyət olacaq”.
Azərbaycan prezidenti İlham Əliyev deputat Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif olunması barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilsin”.