Modern.az

“Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

“Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir

Aktual

31 İyul 2017, 20:59

“Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin biz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləyirik. Eyni zamanda, məmnunuq ki, Azərbaycan da Qərbi Saxara məsələsində Mərakeşin mövqeyini dəstəkləyir”. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mərakeş Krallığın Azərbaycandakı səfiri Adil Embarx Bakıda Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibəti ilə keçirilən rəsmi qəbulda bildirib.

Diplomat bir neçə aydan sonra ölkəsinin xarici işlər nazirinin Azərbaycana səfər edəcəyini və birgə hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyini deyib.

Adil Embarxın sözlərinə görə, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etməsinə yüksək səviyyədə keçirilən qarşılıqlı səfərlər böyük töfhə verib.

Diplomatın qənaətinə görə, həm Azərbaycan, həm də Mərakəş öz regionlarında dözümlülük və multikulturalizm mərkəzləridir. Onun sözlərinə görə, bu ilin sonunda iki ölkə arasındakı iqtisadi məsələlər üzrə dövlət komissiyasının növbəti iclası keçiriləcək. Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini, Azərbaycanın da öz növbəsində Qərbi Saxarada mübahisəli ərazi məsələsində Mərakeşi dəstəklədiyini deyib.

Dini məsələlər üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanov ikitərəfli əlaqələrin yüksələn xətt ilə inkişaf etdiyini qeyd edib. Komitə sədri turizm, kənd təsərrufatı, energetika daxil olmaqla, müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın genişləndiyini nəzərə çatdırıb. O, Mərakeşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdiyini söyləyib. Ticarət dövriyyəsinin təkcə 2015 ildə əvvəlki illərlə müqayisədə 50 dəfə artdığını deyən M.Qurbanovun sözlərinə görə, hər iki ölkə İƏT və digər beynəlxalq təşkilatlar da daxil olmaqla beynəlxalq müstəvidə qarşılıqlı münasibətləri inkişaf etdirir. Sonda Mərakeş səfirliyi ilə sıx əməkdaşlıq edən qurumlar və şəxslər səfirin xüsusi fərmanları ilə təltif edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu