Modern.az

Yəməndə azyaşlıya təcavüz edənin edamı canlı yayımlandı - FOTOLAR

Yəməndə azyaşlıya təcavüz edənin edamı canlı yayımlandı - FOTOLAR

31 İyul 2017, 23:27

Yəməndə 3 yaşlı qızı zorlayan, daha sonra isə onu öldürən şəxs edam edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, edam böyük izdiham qarşısında icra edilib və ölkə televiziyası ilə canlı yayımlanıb.

Məlumata görə, məhkəmənin hökmü polis tərəfindən icra edilib. Qolu qandallı cani yerə uzadlıb və ona 5 güllə vurulub.

Faciənin qurbanı olan 3 yaşlı uşağın atası da ölüm hökmünün icrasını izləyib. O, bildirib ki, cinayətkar layiqli cəzasın aldıqdan sonra özümü yenidən doğulmuş kimi rahat hiss edir.

Qeyd edık ki, sonuncu dəfə şəriət qanunlarına görə mühakimə olunmuş bu tipli cinayətkar 2009-cu ildə Yəməndə xalqın gözü qabağında öldürülmüşdü. Həmin şəxs də 11 yaşlı uşağa qarşı təcavüz edərək daha sonra onu qətlə yetirmişdi.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?