Modern.az

Trampın 10 gün vəzifədə saxlaya bildiyi şəxs

Trampın 10 gün vəzifədə saxlaya bildiyi şəxs

1 Avqust 2017, 00:01

ABŞ prezidenti Donald Tramp maliyyəçi Entoni Skaramuççini təyin etdikdən 10 gün sonra Ağ evin kommunikasiyalar üzrə direktoru postundan kənarlaşdırıb. Modern.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Amerika liderinin administrasiyası məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Skaramuççinin istefası barədə "New York Times" qəzeti məlumat verib. Nəşrin məlumatına görə, o, Ağ ev aparatının rəhbəri vəzifəsinə yeni təyin olunan Con Kellinin tələbi ilə istefaya göndərilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?