Modern.az

"Qarabağ" bu gün tarix yaza bilər - Çempionlar Liqası  

Aktual

1 Avqust 2017, 08:39

Bu gün UEFA-nın Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq. Bakıda keçirilən matçda heç-heçə (0:0) qeydə alındığından hər iki komandanın mərhələ keçmək şansı var.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçəcəyi təqdirdə Azərbaycan futbolunda yeni tarix yazacaq. Çünki indiyədək heç bir klubumuz Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib.

1 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0
Baş hakim
: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Tiraspol. “Şerif” stadionu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu