Modern.az

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinə «Qızıl Qələm» mükafatı verilib

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinə «Qızıl Qələm» mükafatı verilib

18 May 2011, 15:18

Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) Milli Mətbuat günü ilə əlaqədar dövlət strukturlarında KİV-lə ən yaxşı əməkdaşlıq edən mətbuat xidmətini müəyyənləşdirmək üçün jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
KİVHİ-dən verilən məlumata görə, 2 ay müddətində keçirilən sorğuya  Azərbaycan Mətbuat Şurasına üzv olan 33 gündəlik, 59 dövrü mətbuat və 12 informasiya agentliyində çalışan jurnalistlər cəlb olunub.

Respondentlərin 49 faizi Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlini informasiya açıqlığına və KİV-lə əməkdaşlığına görə fəaliyyətini yüksək qiymətləndiriblər.

Soğuya cəlb olunan jurnalistlərin 23 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 16 faizi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, 12 faizi isə  Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin  adını çəkib.

Sorğu iştirakçılarının KİV-lə əməkdaşlığına görə ən yaxşı mətbuat xidməti hesab etdikləri Anar Qədirliyə bu nominasiyada KİVHİ-nin təsis etdiyi «Qızıl Qələm» mükafatı verilib.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal