Modern.az

VHP-nin saytı istifadəyə verildi

VHP-nin saytı istifadəyə verildi

Təhsil

18 May 2011, 15:21

Vətəndaş Həmrəyliyi Partiyasının təkmilləşdirilmiş və yenilənmiş saytı bu gün istifadəyə verilib.  Bu barədə VHP-nin mətbuat xidməti məlumat verib.

Hazırda saytda VHP-nin 19 illik fəaliyyətini əks etdirən materiallar, videoçarxlar, partiya üzvləri və funksionerləri haqda məlumatlar yerləşdirilir. Sayt həm də onlayn sistemində işləyəcək: VHP-yə və ümumiyyətlə, ictimai-siyasi proseslərə aid gündəlik xəbərlərin, eyni zamanda, Güney Azərbaycan və Türk Dünyasında baş verən önəmli hadisələr haqda operativ məlumatların saytda oxuculara təqdim olunması nəzərdə tutulub.

Saytı VHP mətbuat xidməti və təşkilat şöbəsi partiya sədri Sabir Rüstəmxanlının 65 illik yubileyinə bir töhfə olaraq hazırladıqlarını bildirirlər.

Saytla maraqlananlar www.vhp.az keçidindən istifadə edə bilərlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular