Modern.az

Pakistanda keçmiş nazir yeni baş nazir oldu

Pakistanda keçmiş nazir yeni baş nazir oldu

1 Avqust 2017, 16:56

Pakistan parlamentində keçirilən səsvermədən sonra Şahid Xaqan Abbasi ölkənin müvəqqəti baş naziri seçilib.

Bu haqda Modern.az xarici KİV-lərə istinadən bildirir. 

O, növbəti parlament seçkilərinə qədər ötən həftə məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılmış Nəvaz Şərifi əvəz edəcək.

Keçmiş baş nazir özü də bu vəzifəyə məhz Ş.X.Abbasinin namizədliyini dəstəkləyib.

Ş.X.Abbasi isə əvvəllər ölkənin neft naziri postunu tutub.

Parlament seçkilərindən sonra N.Şərifin qardaşı Şahbaz Şərifin baş nazir ola biləcəyi də ehtimal olunur.

Qeyd edək ki, N.Şərif korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?