"ABŞ və Rusiya arasında münasibətlər gərgin olaraq qalır. İki ölkə arasında münasibətlər gələcəkdə daha da pisləşə bilər”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Reks Tillerson bildirib.
Tillerson Moskvaya səfəri zamanı əlaqələrin “tarixi minimum” səviyyəsində olmasına bir daha əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson həftəsonu Filippinin paytaxtı Manilada Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşəcək.
Modern.az