Parlament jurnalistləri müşahidələri əsasında cavab verirlər
Müşahidələr göstərib ki, Milli Məclisin bütün çağırışlarında susub danışmayan deputatlar olub. Parlamentin 5 il ərzidə keçirilən iclaslarında bircə dəfə də olsun seçicilərinin problemlərini səsləndirməyən həmin mandat sahibləri müzakirəyə çaxarılan qanun layihələrinə və digər məsələlərə münasibət bildirmir, hər şeyə seyrçi mövqedən yanışır, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə işlərini bitmiş hesab edirlər.
2010-cu ilin sonlarında formalaşan dördüncü çağırış Milli Məclisin fəaliyyətə başlamasından artıq 6 ay keçir. Bu müddət ərzində parlamentin xeyli iclası keçirilib. Maraqlıdır, hazırki Milli Məclisdə jurnalistlər danışmayan deputat müşahidə ediblərmi? Yəqin ki, parlamentin işini izləyən jurnalistlər deputatların 6 aylıq fəaliyyətinə qiymət verə bilərlər.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı bildirdi ki, Milli Məclisdə olan deputatların yarıdan çoxu suserlar, danışmırlar.
“Yarıdan çoxu danışmır. Elə millət vəkilləri var ki, onlar Milli Məclisdə danışmır, amma öz seçiciləri ilə çox fəal işləyilər”.
E.Muradlının sözlərinə görə, deputatlardan Malik Həsənov, Aqiyə Naxçıvanlının çıxışının şahidi olmayıb. O, iki çağırışdır dalbadal deputat seçilən Fərhad Qəribovun da danışmadığını vurğuladı. E.Muradlı bildirdi ki, parlamentdə çıxış edən deputatlar əsasən eyni şəxslər olurlar. “Bütün iclaslarda eyni deputatlar danışırlar. Bəzən elə millət vəkilini çıxışa salırlar ki, biz təccüb edirik ki, bparlamentdə belə adda da millət vəkili var?”.
“Mərkəz” qəzetinin əməkdaşı Nigar Almanqızı 4-çü çağırış millət vəkillərinin 90%-ini aktiv hesab etmir.
“Sumqayıtdan secilən 4 millət vıkilinin heç biri aktiv deyil. Bundan başqa, Cəbrayil, Zəngilan, Lacın rayonundan secilən millət vəkilləri də danışmırlar. Qarabağ bölgəsindən olan millət vəkillərinin daha fəal olmağını gözləyirdim. Təssüf edirəm ki, bu belə olmadı”.
“Xalq Cəbhəsi”qəzetinin əməkdaşı Ağa Cəfərli bildirdi ki, hazırda Milli Məclisdə danışmayan deputatların sayı həddindən artıq coxdur.
“Səsini eşitmədiyimiz, hətta üzünü belə, görmədiyimiz deputatların sayı az deyil. MSK-nın rəsmi saytında yer almış məlumata görə Malik Həsənov, Azər Badamov, Arif Əşrəfov, Muxtar Babayev, Xanlar Fətiyev, Ağalar Vəliyev, Əsabil Qasımov, Elxan Süleymanov deputat secilib, ancaq onların deputat kimi hər hansı bir fəaliyyəti hiss olunmur. Bundan başqa, Ceyhun Osmanlının deputat kimi aktiv fəaliyyət göstərəcəyi gözlənilirdi, ancaq indiyədək biz bunu görməmişik.
Hər halda, deputatın fəaliyyət cərcivəsi telekanallara acıqlama verməklə və bir-iki tədbir təşkil etməklə yekunlaşmır. Maraqlı bir məqamı da qeyd etmək yerinə düşər, elə deputatlat var ki, illərdir bu statusdadırlar. Amma onlar bu illər ərzində cəmi bir və ya iki dəfə cıxış ediblər, ümumiyyətlə onların deputat olaraq fəaliyyətləri demək olar ki, hiss olunmayıb. Bu sırada xüsusilə Zeynəb Xanlarovanın və Sabir Hacıyevin adını cəkmək olar”.
“Media Forum” saytının əməkdaşı İmdad Əlizadə bildirdi ki, təzə secilən deputatların böyük əksəriyyəti danışmır.
“Onlar arasında danışanlar varsa da, bu çox azdır, böyük əksəriyyəti danışmır”. İ.Əlizadə eyni zamanda bildirdi ki, nəinki yeni secilən millət vəkilləri, hətta parlamentdə ikincii, üçüncü çağırış millət vəkili olmuş şəxslər də var ki, onalar da susan deputatlar sırasındadır.
Danışmayan millət vəkillərinin kim olmasına gəlincə, İ.Əlizadənin bu suala cavabı belə oldu: “Danışan depudatların sayını demək olar, amma danışmayanlar o qədər çoxdur ki, onların sayını dəqiq deyə bilmərəm”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bildidi ki, dördüncü çağırış Milli Məclisdə səsini eşitmədiyi millət vəkillərinin sayı həddindən çoxdur. “Daha çox səsini eşitdiklərimin adını çəkə bilərəm. Danışmayanlar o qədər çoxdur ki, adlarını da yadımdan çıxarmışam”.
Yeni seçilən millət vəkillərinin daha fəal olaçağına ümid etdiyini deyən E.Paşasoy bunun əksini müşahidə edib.
“Yeni secilən deputatların daha fəal olması gözlənilirdi. Düşünürdük ki, onlar özlərini parlamentdə təsdiq etməyə çalışacaqlar. Ancaq biz bunu müşahidə edə bilmədik”.
Danışmyanların sayı çox olduğundan onların sayını və adlarını unutduğunu deyən E.Paşasoy qeyd etdi ki, danışmayanlar görünür ya danışmaqdan çəkinir, ya da danışmağı hələ öyrənirlər. “Ona görədə də susurlar”.
“Zaman” qəzetinin əməkdaşı Natiq Pənahlı bildirdi ki, Mili Məclisdə 20-25 deputatın səsini eşitmək mümkündür. Digər millət vəkilləri isə nə cari məsələlərlə bağlı müzakirələrdə danışır, nə də qanun layihələrilə təkliflə çıxış edirlər.
Millət vəkillərinin əksəriyyətinin aktivliyinin sıfır səviyyəsində olduğunu deyən N.Pənahlı qeyd etdi ki, bu deputatların adlarını xatırlamaqda çətinlik çəkir.
“Millət vəkilləri ildə 1-2 dəfə rayonlarla bağlı çıxış edir, o da əvvəlcədən hazırlanmış çıxışlar olur. O millət vəkillərinin işi düymə basmaqdan ibarətdir. Özü də ancaq lehinə”.
APA-nın əməkdaşı Rəşad Süleymanov qeyd etdi ki, parlamentdə səsini eşitdiyi millət vəkilləri əsasən köhnə deputatlardır.
“Yenilərdən isə Çingiz Qənizadə, Fərəc Quliyev aktivliyi ilə yadımda qalıb. İkinci dəfədir millət vəkili seçilən Astan Şahverdiyev də aktivliyi ilə yadımda qalıb”.
R.Süleymanov Milli Məclisdə passiv deputatların çox olduğunu desə də, ad çəkmək istəmədi. “Passiv deputatların sayı kifayət qədərdir, amma ad çəkmək istəmirəm”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli bildirdi ki, bu çağırışda fəaliyyəti görünməyən, ssub danışmayan millət vəkillərinin sayı çıxdur.
“Bu dəfəki deputatlar daha passivdirlət, vaxtilə aktiv olan millət vəkilləri var idi ki, indi onlar da qeyri-fəallıq nümayiş etdirirlər”.
A.Hüseynli eyni zamanda qeyd etdi ki, parlamentə yeni seçilən millət vəkilləri də susurlar, danışmırlar. “Yenilər danışmırlar, görünür hələ daşımaq üçün özlərini hazır hiss etmirlər, ona görə də susurlar”.
Passiv deputatların kim olmasına gəlincə, A.Hüseynli İsmayıl Hacıyev, Ağalar Vəliyev, Rasim Musabəyov, Qalib Salahzadə, Xanlar Fətiyev, Muxtar Babayev və Arif Alışanovun adlarını qeyd etdi.
“Hamı gözləyirdi ki, Rasim Musabəyov fəal deputat kimi yadda qalacaq, amma təəssüf ki, biz bunu hələki görə bilmirik”.
“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bunyadov bildirdi ki, dördüncü çağırış millət vəkillərinin 50%-i danışmır.
“Elələri var ki, 4 dəfə secilib, amma bir dəfə də olsun səsi çıxmayıb. Sadəcə gəlib-getmək, deputat mandatını saxlamaqla məşğuldurlar”.
Milli Məclisin bu dəfəki tərkibinin çox passiv olduğunu deyən M.Bunyadov qeyd etdi ki, yeni millət vəkilləri daha ehtiyatlı mövqe bildirməkdə maraqlıdır. M.Bunyadovun sözlərinə görə, millət vəkilləri jurnalistlərlə ünsiyyətdən ehtiyat edirlər. “Əvvəlki, deputatlardan da var ki, jurnalistlərlə ünsiyyətən çəkinir, bu artıq hiss olunur. Bu dəfəki millət vəkillərinin 50%-i passivdir. Artıq adlarını da unutmuşam”.
“Gün.az" və "1news" saytlarının əməkdaşı Kamil Həmzəoğlu: “Dördüncü çağırış Milli Məclis artıq bir neçə aydır fəaliyyətə başlayıb. Bu parlamentlə bağlı fikirlərim bəllidir. Yeni nəsə əlavə etmək istəmirəm. Bununla belə, qeyd etməliyəm ki, parlamentdə öz fəallıqları ilə secilən millət vəkilləri var, eyni zamanda öz fəaliyyətsizlikləri ilə secilənlər var. Həmin millət vəkilləri bundan öncəki çağırışda da parlamentdə təmsil olunublar və qeyri-fəallıqları ilə secilirlər”.
Həmkarımız Rüfət Quliyev, Sabir Hacıyev, Tahir Süleymanov, İmamverdi İsmayılovu passiv deputat hesab edir.
Yeni millət vəkillərinin susqunluq nümayiş etdirdiyini deyən K.Həmzəoğlu bildirdi ki, yalnız Kamilə Əliyeva fəaldır.
“Hərdən Leyla Abdullaya da çıxış edir. Çoxları isə nə plenar iclaslarda, nə də komitə işlaslarında çıxış edir. Aslan Cəfərov, Cavanşir Paşazadə passiv deputatlardır”.
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev bildirdi ki, Milli Məclis praktikasında çox danışan millət vəkillərinin sayı azlıq təşkil edir. Elə deputatlar var ki, onların səsini eşitmək mümkün olmur.
İ.Quliyev bildirdi ki, Leyla Abdullayeva, Arif Alışanov, Mahir Aslanov, Muxtar Babayev, Nəriman Əliyev, Cavanşir Feyziyev, Nazim Fərəcov, Fərhad Qəribob, Xanlar Fətiyev, Sabir Hacıyev, Malik Həsənov, Əliağa Hüseynov, Azər Kərimli, Əsabil Qasımov səsi eşidilməyən millət vəkilləridir.
İ.Quliyevin sözlərinə görə, millət vəkillərinin 70-80 %-i aktiv deyil.
“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev bildirdi ki, dördüncü çağırış millət vəkillərinin çoxunun səsini eşitməyib. “Çoxunun səsini eşitməmişəm. Səsini eşitmədiklərinin adları da yadımda qalmır”.
R.Baxşəliyev qeyd etdi ki, yeni deputatlardan Fərəc Quliyev, Çingiz Qənizadə öz fəallıqları ilə secilir.
Səsi eşidilməyən millət vəkillərinə gəlincə, R.Baxşəliyev Arif Alışanov Əliağa Hüseynov, Malik Həsənov, Rasim Musabəyov, Rafik Məmmədhəsənov, Hacı Salayevin adlarını qeyd etdi.
“Yeni Azərbaycan”qəzetinin əməkdaşı Nardar Bayramlı da bildirdi ki, səsini eşitmədiyi millət vəkilləri var.
“Adətən parlament jurnalistləri Milli Məclisdə günün birinci yarısı cari məsələlərin müzakirəsi zamanı olur. Qanun layihələrinin müzakirəsi zamanı iştirak etmirlər, ola bilsin səsini eşitmədiyimiz deputatlar günün ikinçi yarısında fikir bildirsinlər. Jurnalistlərdən də çox şey asılıdır. Gərək bu məsələlərdə diqqətli olaq”.
Deputatın əsas vəzifəsinin qanun yaradıcılığı ilə məşğul olmaq, həmçinin seçicilərinin problemləri ilə maraqlanmaq və aidiyyatı qurumlar qarşısında məsələləri qaldırmaqdan ibarət olduğunu deyən N.Bayramlı söylədi ki, bəzi millət vəkilləri parlamentdə sussalar da, öz seciçiləri ilə aktiv işləyə bilirlər.
Sədaqət SÜLEYMANOVA