Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiyasının yeni direktoru Maykl Qrinlə görüşüb.
Qurumun mətbuat xidmətindən
Modern.az saytına verilən nməlumata görə, Şuranın ofisində keçən görüşdə tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. M.Qrin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyət planları haqqında danışaraq, yaxın zamanlarda rəhbərlik etdiyi missiya tərəfindən Azərbaycanda icrasına başlanılacaq “Sosial-iqtisadi inkişafa dəstək layihəsi” çərçivəsində Şura ilə əməkdaşlıq üçün təkliflərin hazırlanması təşəbbüsü ilə çıxış edib.
Azay Quliyev Şuranın fəaliyyəti haqqında qonağı məlumatlandıraraq, QHT-lərə dövlət dəstəyinin istiqamətləri və prinsipləri haqqında danışib. Deputat həmçinin ötən illər ərzində Şuranın bir sıra beynəlxalq təşkilatlar, fondlar və biznes qurumları ilə birgə maliyyələşdirmə proqramları həyata keçirdiyini bildirib. Şura sədri ölkədə vətəndaş cəmiyyətinin inkişafına yardım edən beynəlxalq təşkilatlarla əməkdaşlığa bundan sonra da xüsusi önəm veriləcəyini diqqətə çatdırıb.
Modern.az