Liviya lideri Müəmmər Qəddafinin arvadı Safiya və qızı Aişə ölkədən qaçıblar. Bu barədə İTAR-TASS “Əl –Cəzirə” telekanlına istinadən məlumat yayıb. Məlumata görə Liviya liderinin həyat yoldaşı və qızı ötən həftənin şənbə günü ölkəni tərk edərək Tunisə gəliblər.
Qeyd edək ki, bir müddət öncə Liviyanın neft naziri Şükrü Qanemin də ölkədən qaçması xəbəri yayılsa da, sonradan təkzib olunub.
Buna baxmayaraq Liviyaın enerji naziri Ömər ben Fəthi və xarici işlər naziri Musa Kusa ölkədən qaça biliblər.
Modern.az