Modern.az

Maradona Çeçenistanda futbol oynadığına görə 1 milyon avro alıb

Maradona Çeçenistanda futbol oynadığına görə 1 milyon avro alıb

Təhsil

18 May 2011, 18:34

Çeçenistanda bir neçə gün əvvəl dünya futbol ulduzalrının iştirakı ilə keçirilən futbol yarışı ətrafında qalmaqal yaranıb. Modern.az “Komsomolskya Pravda” qəzetinə istinadən bildirir ki, dünya şöhrətli keçmiş futbolçuların Çeçenistana gəlməsi heç də deyildiyi kimi havayı başa gəlməyib.
Çeçen dövlətinin başçısı Ramzan Kadırov bildirmişdi ki, “futbolçular Çeçenistana pulsuz, çeçen xalqına hörmət əlaməti olaraq gəliblər”.
Lakin indi məlum olub ki, bu hörmət havayı başa gəlməyib. Məşhur braziliyali futbolçu Romario KİV-ə açıqlamasında deyib ki, Çeçenistana yaxşı qonarar hesabına gedib. Dünya şöhrətli Maradona isə bu səfərə görə 1 milyon avro alıb. Bundan başqa “ulduzların” hər birinə 50 min avro dəyərində olan saatlar hədiyyə verilib. Bu saatları özünü “Çeçen polisinin şefi” adlandıran şəxs futbolçulara verib.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular