Modern.az

Daha 17 Türkiyə vətəndaşı Yunanıstandan sığınacaq istəyir

Daha 17 Türkiyə vətəndaşı Yunanıstandan sığınacaq istəyir

Aktual

2 Avqust 2017, 20:58

Yunanıstanın Rodos adasına qeyri-leqal yolla keçən 17 Türkiyə vətəndaşı Afinadan sığınacaq tələb edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinir.  Həmin şəxslər arasında 5 müəllim də var.

Məlumata görə, Türkiyə hökumətinin həmin şəxslərin geri qaytarılması məqsədilə Yunanıstan rəhbərliyinə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Yunanıstanda Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinən 500-ə yaxın Türkiyə vətəndaşı var.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu