"ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı imzaladığı sanksiyalara dair qanun de-fakto heç nəyi dəyişmir. Bu yenilik deyil, artıq cavab tədbirləri də görülüb". Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, sanksiyalara dair yeni qanun de-fakto heç nəyi dəyişmir.
Qeyd edək ki, iyulun 30-da prezident Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşının Rusiyanı tərk etməli olacağını bəyan edib.
Modern.az