Modern.az

Bəxtiyar Hacıyev 2 il həbsxanada oturacaq

Bəxtiyar Hacıyev 2 il həbsxanada oturacaq

Təhsil

18 May 2011, 18:57

Bu gün Gəncə Şəhər Nizami Rayon Məhkəməsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə Bəxtiyar Hacıyevin vəkili Elçin Namazov məlumat verib. Vəkil prosesdə təqsirləndirilən şəxsə hökm oxunduğunu deyib. Hökmə əsasən, B.Hacıyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Elçin Namazov məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini də bildirib. (APA)

Qeyd edək ki, B. Hacıyev barəsində bu il martın 4-də Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs-qətimkan tədbiri seçilib. Onun haqqında Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Mayın 10-da keçirilən məhkəmə prosesində dövlət ittihamçısı B. Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular