Modern.az

Lənkəranda qəzaya düşənlər polis əməkdaşları olub - Yenilənib

Lənkəranda qəzaya düşənlər polis əməkdaşları olub - Yenilənib

Aktual

2 Avqust 2017, 23:18

Lənkəranda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, bunlar Masallı rayon sakinləri, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov, 1986-cı il təvəllüdlü Əlizamin Rızayev, 1983-cü il təvəllüdlü Elşad Məmmədov, 1988-ci il təvəllüdlü Fərrux Niftiyevdir.  Daha bir nəfər adı hələ ki, açıqlanmayan şəxsin yüngül xəsarət aldığı bildirilir.

 

Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir.

Məlumata görə, qəzaya uğrayan avtomobilin sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar.

 

Qeyd edək ki, bu axşam Masallı rayonunda “Mercedes” markalı avtomaşının dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alıb.

 

22:27

 

Lənkəranda ağır yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Osaküçə kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən sürücünün  avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır  xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların ikisinin  vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu