Modern.az

Gəncənin icra başçısı Əli Cankorellə görüşüb

Gəncənin icra başçısı Əli Cankorellə görüşüb

Təhsil

18 May 2011, 19:23


ATƏT-in Bakı ofisinin rəhbəri  Əli Bilgəh Cankorel  bu gün Gəncədə səfərdə olub. Səfər çərçivəsində Cankorel İcra Hakimiyyəti başcısı Elmar Vəliyevlə görüşüb.
ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, diplomatik fəaliyyətini artıq başa vurur və iyunun sonunda Azərbaycandan gedəcək. Amma bu ölkədən xoş təəssüratlarla ayrılır.
Jurnalistlərin suallarını cavablandıran ATƏT rəsmisi diplomatik fəaliyyəti dövründə təmsil etdiyi qurumun prioritet hesab etdiyi məsələlərin həlli istiqamətində fəaliyyətinə toxunub. O, vurğulayıb ki, ATƏT ifadə və sərbəst toplaşmaq azadlığının qorunmasına, seçkilərin ədalətli və şəffaf keçirilməsinə, inzibatçı polisin vətəndaşın polisinə çevrilməsinə çalışıb.


Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular